Samux rayonunun ərazisində güclü yanğın başlayıb.

"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, yanğın Samux-Gəncə yolunun kənarında günəbaxan tumu istehsalı fabrikində qeydə alınıb.

Alovun qarşısını almaq üçün Samux və Gəncədən 10 yanğınsöndürən avtomobil və xeyli sayda canlı qüvvə cəlb olunub.