AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva növbəti təyinat alıb.

"Sizinxeber.az" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, qadınlar arasında UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində keçiriləcək "Barselona" (İspaniya) – "Bavariya" (Almaniya) oyununun UEFA nümayəndəsi olacaq.

Xatırladaq ki, görüş mayın 3-də Barselona şəhərində yerləşən "Nou Kamp" stadionunda keçiriləcək.