Azərbaycan tarixinin yeni konsepsiyaya ehtiyacı var.
"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun baş direktoru, tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" münasibətilə "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya qədim Turan haqqında və kiçik Asiya ərazilərində prototürk qəbilələri və onların qafqaz ilə əlaqələri" mövzusunda keçirilən konfransda deyib.
O, Azərbaycan tarixinə dair konsepsiya ilə bağlı vacib məqamlara diqqət çəkib.
"Bu konsepsiyada Azərbaycan adının yaranması və etimologiyası, Azərbaycan xalqının hansı tarixi inkişaf mərhələlərindən keçməsi, bu xalqın bu inkişafda rolunun nədən ibarət olması, Azərbaycan tarixinin necə dövrləşdirilməli olması və bir sıra bu səpkidə məsələlər bu yer almalı və aydınlaşdırılmalıdır".
K.Şükürov Azərbaycan adının yaranması ilə bağlı irəli sürülən fikirlərə də toxunaraq bu məsələ barəsində də əsaslı və yekdil araşdırma və nəticənin vacib olduğunu vurğulayıb.
"Azərbaycan tarixində uzun illər yanlış tarixi konsepsiya olub. Adicə Stalinin iki dəfə Azərbaycan tarixi barədə yanlış müddəa irəli sürməsini demək olar. Bu yanlış müddəa ziyanverici bir çox məqamlara gətirib çıxarıb".
Proffessor bildirib ki, Azərbaycan dövlətinin əsasını Azərbaycan xalqı təşkil edir.
"Azərbaycan tarixinin öyrənilməsi çox çətindir, çünki burada mürəkkəb tarixi mərhələlər olub. Azərbaycan tarixini normal şəkildə öyrənmək üçün 70-dən çox dövlətin tarixini bilmək lazımdır. Bu mənada, bu tarixin öyrədilməsi, təlqini çox həssas şəkildə həyata keçirilməlidir".
MƏLUMAT YENİLƏNİR