Sumqayıt şəhərində gəncin ölümü ilə nəticələnən hadisə qeydə alınıb.

"Report"un yerli bürosu məlumat verir ki, hadisə şəhərin futbol meydançalarının birində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Əliyev Müsü Etibar oğlu futbol oynayarkən qəfil halı pisləşib.

Ətrafdakı şəxslərin köməkliyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.