Neftçalada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Sizinxeber.az"un Aran bürosunun məlumatına görə, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1941-ci il təvəllüdlü Həsənov Vahid Nüsrət oğlu yolu keçən zaman avtomobil onu vuraraq öldürüb.

Sürücünün hadisə yerindən yayındığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.