20:49
Ələt-Astara avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Sizinxeber.Az xəbər verir ki, hadisə axşam saat 19:00 radələrində qeydə alınıb. Qəza zamanı xəsarət alan 5 nəfər – R.Bədəlov, V.Bədəlova, H.Bədəlov, F.İsmayılov və E.Axundov dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı rəsmi araşdırma aparılır.
***
Salyan rayonunda baş verən qəzada xəsarət alanların vəziyyətləri açıqlanıb.
Bu barədə Report-a Salyan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Qeyd olunub ki, yol-nəqliyyat hadisəsi səbəbilə 13.04.2026-cı il tarixində saat 19:20 radələrində 5 nəfər (4 kişi, 1 qadın) Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbələrdə müalicələri davam etdirilən şəxslərin vəziyyətləri orta ağır qiymətləndirilir", - xəstəxanadan bildirilib.