Xocavəndə yola salınan növbəti köç karvanı rayon mərkəzinə çatıb.

"Report"un Füzuliyə ezam olunan əməkdaşı xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 33 ailə (142 nəfər) köçürülüb.

Onlar ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Böyük Qayıdış prosesi çərçivəsində Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb.

"Report"un Füzuliyə ezam olunan əməkdaşı xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 33 ailə (142 nəfər) köçürülür.

Qeyd edək ki, bu köç də daxil olmaqla Xocavəndə ümumilikdə 234 ailənin (904 nəfər) daimi qayıdışı təmin edilib.