Naxçıvanda meyiti tapılan ər-arvadın ölüm səbəbi məlum olub.
"Sizinxeber.az"un əldə etdiyi xəbərə görə, 1987-ci il təvəllüdlü Allahverdiyev Baxşəli Yuris oğlu və onun 1992-ci il təvəllüdlü arvadı Hüseynova Gülü Xalıqverdi qızı yaşadıqları fərdi yaşayış evində dəm qazı sızması nəticəsində zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
Səlcuq Elçin
Naxçıvanda evdən ər və arvadın meyiti tapılıb.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, hadisə Babək rayonunun Yarımca kəndində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Allahverdiyev Baxşəli Yunis oğlu və onun 1992-ci il təvəllüdlü həyat yoldaşı Hüseynova Gülnarə Xalıqverdi qızının meyiti yaşadıqları evdən tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.