Naxçıvanda evdən ər və arvadın meyiti tapılıb.

Axar.az Report-a istinadən xəbər verir ki, hadisə Babək rayonunun Yarımca kəndində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Allahverdiyev Baxşəli Yunis oğlu və onun 1992-ci il təvəllüdlü həyat yoldaşı Hüseynova Gülnarə Xalıqverdi qızının meyiti yaşadıqları evdən tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.