ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın hava hücumundan müdafiə sistemlərinin Amerika F-15 qırıcı təyyarəsini vurduğunu təkzib edib.
Far.Az xəbər verir ki, bu barədə təşkilatın veb-saytında məlumat yayılıb.
"Yalan: İran rejiminin bu yaxınlarda Amerika F-15 qırıcı təyyarəsini vurduğu barədə şayiələr yayılıb. Doğru: “Güclü qəzəb” əməliyyatı zamanı Amerika qüvvələri 8000-dən çox döyüş uçuşu həyata keçirib. İran bir dənə də olsun Amerika qırıcı təyyarəsini vurmayıb", - deyə bildirilir.
Qeyd edək ki, 22 martda İran ordusu Hörmüz adası yaxınlığında F-15 qırıcısının məhv edildiyini iddia edib.