18:52

22 ölkə İranın Hörmuz boğazını bağlamasını pisləyən birgə bəyanat yayıb.

Axar.az xəbər verir ki, bu barədə birgə bəyanatı BƏƏ Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

"İranın Fars körfəzində silahsız ticarət gəmilərinə son hücumlarını, neft və qaz obyektləri də daxil olmaqla, mülki infrastruktura hücumlarını və İran qüvvələri tərəfindən Hörmüz boğazının effektiv şəkildə bağlanmasını ən sərt şəkildə pisləyirik. Münaqişənin gərginləşməsi ilə bağlı dərin narahatlığımızı bildiririk. İranı təhdidlərini dərhal dayandırmağa çağırırıq", - bəyanatda qeyd olunub.

Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Niderland, Yaponiya, Kanada, Koreya Respublikası, Yeni Zelandiya, Danimarka, Latviya, Sloveniya, Estoniya, Norveç, İsveç, Finlandiya, Çexiya, Rumıniya, Bəhreyn, Litva və Avstraliya liderlərinin birgə bəyanatında hazırlıq planlaşdırmasında iştirak edən ölkələrin öhdəliklərini alqışladıqları bildirilir.

Həmçinin bəyan edilib ki, ölkələr Hörmuz boğazından təhlükəsiz keçidin təmin olunmasında iştirak etməyə hazırdırlar.