"Azərbaycan dili üzərində təzyiqlərdən biri də "ChatGPT"dir".
Sizinxeber.Az xəbər verir ki, bunu deputatı Hikmət Babaoğlu Parlamentin İnsan hüquqları komitəsinin bugünkü iclasında deyib.
O bildirib ki, Azərbaycan dilinin imkanları get-gedə daralır:
"Biz bəzən min, bəzən iki min sözlə danışığımızı, ünsiyyətimizi məhdudlaşdırırıq. Bu, leksik yaddaşımızı və bütövlükdə düşünmə qabiliyyətimizi azaldır. Necə edək ki, gündəlik leksik fondumuzu, ünsiyyətimizi zənginləşdirək? Bu, dilimiz üzərində birinci təzyiqdir. İkinci təzyiq sosial şəbəkə dili və "ChatGPT" leksikonudur. Son dövrlərdə televiziyalara qulaq asıram, az-çox dilə bələd olan adam kimi dərhal başa düşürəm ki, bu bizim leksik ardıcıllıq deyil".
