Prezident Administrasiyasının və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının üzvləri Xocavəndin Quzeyxırman kəndində olublar.

"Sizinxeber.az" xəbər verir ki, Qərargah üzvləri kənddə aparılan təmir-bərpa işləri ilə tanış olublar.

Qeyd edək ki, bu gün Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Xocavənd şəhərində növbəti iclas keçirilib.