Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna məsələsi ilə bağlı danışıqlarda çeviklik nümayiş etdirməlidir.
“Report” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News” müsahibəsində bildirib.
O qeyd edib ki, Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenskinin ilk mümkün görüşünün ikitərəfli formatda keçirilməsi üçün bu görüşdə iştirak etməyi planlaşdırmır.