Azərbaycanla "SpaceX" şirkəti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.
"Sizinxeber.az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Prezident İlham Əliyevin ABŞ-yə işgüzar səfəri çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəflə birlikdə "SpaceX" şirkətinin vitse-prezidenti xanım Stefani Bednareklə görüşdük. Görüşdə Azərbaycanın iqtisadi potensialı, strateji inkişaf istiqamətləri və əlverişli investisiya mühitini qeyd etdik. "SpaceX"lə əməkdaşlıq perspektivləri, o cümlədən innovativ və kosmik texnologiyaların, süni intellekt həllərinin tətbiqi, bilik-təcrübə transferi sahəsində tərəfdaşlıq imkanlarını müzakirə etdik", - deyə o qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin () -yə işgüzar səfəri çərçivəsində -ın prezidenti Rövşən Nəcəflə () birlikdə "SpaceX" şirkətinin vitse-prezidenti xanım Stefani Bednareklə () görüşdük.
— Mikayil Jabbarov (@MikayilJabbarov)
Görüşdə Azərbaycanın…