Sumqayıtda 57 yaşlı kişi yüksəklikdən yıxılaraq ölüb.

“Sizinxeber.az”un yerli bürosunun məlumata görə, 1968-ci il təvəllüdlü Quliyev Rasim Tofiq oğlu şəhərin 4-cü mikrorayonunda yerləşən çoxmərtəbəli yaşayış binalarından birinin üçüncü mərtəbəsindən yıxılıb.

İlkin ehtimallara əsasən, hadisə ehtiyatsızlıqdan baş verib.

Ağır xəsarətlər alan R.Quliyevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.