Füzuli rayonu ərazisində baş verən yanğının miqyası daha da genişlənib.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, rayonun Yuxarı Yağlıvənd kəndi ərazisində baş verən yanğın genişlənərək Qacar kəndi ərazisinə keçib.

Hazırda FHN-nin yanğınsöndürmə briqadaları əməliyyatları davam etdirirlər.