UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ" "Şelburn"la matçda hesabı açıb.

"Report" xəbər verir ki, Ağdam klubunun heyətində Leandro Andrade fərqlənib - 1:0.

22:45
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Şelburn" - "Qarabağ" matçı start götürüb.

"Report" xəbər verir ki, qarşılaşma Dublindəki "Tolka Park" stadionunda keçirilir.

Görüşü xorvatiyalı referi Ante Kulina idarə edir.