Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə "Sizinxeber.az"un 4 əməkdaşını təltif edib.
“Sizinxeber.az” xəbər verir ki, dövlət başçısının imzaladığı Sərəncama əsasən, "Sizinxeber.az"un Baş direktoru Hüseynəliyev Fuad Polad oğluna “Əməkdar jurnalist” fəxri adı verilib.
Baş redaktorun müavinləri Məmmədli İlahə Firdovsi qızı, Quliyev Emil Akif oğlu və "Sizinxeber.az"un Avropa bürosunun rəhbəri Mustafayeva Kəmalə Paşa qızı “Tərəqqi” medalı ilə təltif ediliblər.