Goranboy rayonunda kütləvi dava olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Veyisli kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakinləri E.Abuzərov, T.Zeynalov və E.Mustafayev mübahisə zəminində bir-birilərinə müxtəlif alətlərlə xəsarət yetiriblər.

Hər üçü xəstəxanaya yerləşdirilib. Mübahisənin səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.