Rusiya Prezidenti Vladimir Putin və İraq Baş naziri Məhəmməd Şia əl-Sudani telefon danışığı zamanı Yaxın Şərqdəki eskalasiya ilə əlaqədar enerji bazarları üçün risklər barədə narahatlıqlarını ifadə ediblər.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Kremlin açıqlamasında bildirilib.

Tərəflər Yaxın Şərqdə silahlı qarşıdurmanın tezliklə dayandırılmasında maraqlı olduqlarını təsdiqləyiblər.

Bundan əlavə, onlar “OPEC+” çərçivəsində qarşılıqlı fəaliyyətin davam etdirilməsinin vacibliyini vurğulayıblar.