İsrailin İran ərazisinə endirdiyi hava zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bagerinin həlak olduğu ehtimal edilir.

APA xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbəyə istinadən məlumat yayıb.

İran tərəfi Bagerinin taleyi ilə bağlı hələlik açıqlama verməyib.