
GTA 6 bu həftə təqdim olunacaqmı? Rockstar-dan sürpriz paylaşım

GTA 6 bu həftə təqdim olunacaqmı? Rockstar-dan sürpriz paylaşım
Son həftələrdə GTA 6 ilə bağlı çoxlu sızıntılar ortaya çıxdı . Oyunun hekayəsi və personajları haqqında məlumatlar gəlsə də , onun təqdimat tarixi ilə bağlı yeni iddialar maraq doğurub. Rockstar Games tərəfindən GTA Online üçün edilən son açıqlamada GTA 6 parolunun olduğu düşünülür.
Rockstar-ın yeni GTA Online elanında "VI" təfərrüatı
Rockstar Games-dən hələlik rəsmi açıqlama verilmədiyi üçün GTA 6-nın təqdimat tarixi sirr olaraq qalır. Bu həftə Rockstar GTA Online-da oyundaxili festivalı elan edən bir şəkil yayımladı . İlk baxışdan standart bir tanıtım yazısı kimi görünürdü. Ancaq bəzi oyunçular arxa planda olan sirri fərq etməyi bacardı .
Yuxarıdakı şəkildə Los Santosdakı məşhur Vinewood işarəsini görmək olar. Lakin daha yaxından araşdırdıqda bəzi hərflərin digərlərindən daha aydın işıqlandırıldığı görünür. Xüsusilə “V” və “I” hərfləri digərlərindən daha parlaq seçilir. Bu, GTA VI-nın tədbirdə təqdim oluna biləcəyini göstərir.
Bu vəziyyət sosial mediada böyük spekulyasiyalara səbəb olub. Bəzi insanlar bunun təsadüf olmaq üçün çox qəsdən olduğunu düşünsə də, digərləri təqdimat tarixi üçün hələ tez olduğunu düşünür.
Digər tərəfdən Rockstarın Facebook və İnstaqramda paylaşdığı görüntüdə "VI" bölməsinin kəsildiyi görülüb . Bu, tərtibatçının hələ GTA 6-ya hazır olmadığını göstərə bilər.

Xatırladaq ki, Rockstar bundan əvvəl də oxşar sirlər yaratmışdı. Məsələn, GTA 5-in ildönümünü qeyd edən görüntünün fonunda üzərində "V" və "I" hərfləri olan təyyarələr var idi.
Grand Theft Auto 6 həvəsli pərəstişkarlarının səbrini sınasa da, nəticənin gözləməyə dəyər olacağını düşünürük. Nə düşünürsən? Zəhmət olmasa şərhlərdə fikirlərinizi bizimlə bölüşməyi unutmayın.
(Tərcümə: İzzət Qurbanov)