(Tərcümə: İzzət Qurbanov)
Fransada iPhone 12 qəfil qadağan edildi: Qadağanın səbəbi nədir?
Fransa yüksək radiasiya emissiyasına görə iPhone 12-nin satışını dayandırıb. Bu problem davam edərsə, iPhone 12-nin bütün modelləri bazardan çıxarıla bilər. Budur təfərrüatlar!
Apple-ın son Wonderlust tədbirində biz USB-C iPhone 15 modelləri və yeni Apple Watch cihazları ilə tanış olduq. Ancaq bu böyük hadisə zamanı Fransadan gələn xəbərlər iPhone 12 satışlarına kölgə saldı . Fransa hakimiyyəti iPhone 12-nin yüksək SAR dəyərinə görə Fransada satışını qadağan edib .
Yüksək Radiasiya Tərkibinə görə Qadağa
Fransa Milli Tezlik Agentliyi (ANFR) iPhone 12 modelinin satışını dayandırmaq qərarına gəlib. Testlər göstərdi ki, iPhone 12 cibinizdə olarkən hər kiloqrama 5,74 vatt radiasiya yayır. Bununla belə, Avropa İttifaqı üçün müəyyən edilmiş qanuni limit kiloqram üçün cəmi 4,0 vattdır. Bu həddindən artıq radiasiya emissiyası iPhone 12-nin satışının qadağan edilməsinə səbəb oldu.
Tənzimləyici orqan bildirdi ki, Apple bu problemi həll etmək üçün bütün imkanlarından istifadə etməlidir. Bu problem həll olunmazsa, Avropada satılan bütün iPhone 12 modellərinin geri çağırılması tələb oluna bilər. Lakin Apple bu məsələ ilə bağlı hələ rəsmi açıqlama verməyib. Fransanın rəqəmsal iqtisadiyyat naziri Jean-Noel Barrot, radiasiya probleminin iki həftə ərzində bir yeniləmə ilə həll edilə biləcəyini söylədi.
Oxşar xəbərlər
Apple iPhone 12-nin yüksək radiasiya problemini həll edəcək
iPhone 15 smartfonları hansı gücdə sürətli şarj texnologiyasını dəstəkləyirlər?
iPhone 15 Pro kamerası ilə çəkilmiş ilk klip yayımlandı
iPhone 15 Pro və Pro Max Keyfiyyətli Konsol Oyunları Oynayacaq!
Gözlənilən an: iOS 17 və iPadOS 17 təqdim edildi! Necə yükləmək olar?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehriban Əliyeva ümummilli liderin anım günü ilə əlaqədar paylaşım edib
-
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib
-
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
-
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"
-
Ümummilli lider Heydər Əliyevin anım günüdür












