Sizinxeber.az » İKT » Azercell yenilənmiş “Premium” tarif paketlərini təqdim edib

Azercell yenilənmiş “Premium” tarif paketlərini təqdim edib

  • 3-10-2024, 11:50
  • İKT
  • 0
  • 2 290

Ölkənin lider mobil operatoru “Premium” tariflərinin imkanlarını genişləndirir. Oktyabr ayının 1-dən etibarən “Premium” abunəçilərinə daha sərfəli danışıq xidmətləri təqdim edilir, paketlərin aylıq abunə haqqı və digər imtiyazlar isə dəyişməz olaraq qalır.

Belə ki, "Premium” tarif paketləri çərçivəsində təqdim edilən şəbəkədaxili və şəbəkəxarici dəqiqələr ümumi ölkədaxili danışıq dəqiqələri ilə əvəz edilir. Bu da abunəçilərə daha rahat danışmaq, həm də nömrənin balansını daha rahat nəzarətdə saxlamaq imkanı verir. Abunəçilər seçdikləri “Premium” tarif paketindən asılı olaraq 3000, 4000 və ya 5000 ölkədaxili dəqiqədən yararlana bilərlər.

Həmçinin “Premium” tarif paketləri çərçivəsində abunəçilərə təqdim edilən “Premium+” loyallıq proqramında da dəyişikliklər tətbiq edilir.

Xatırladaq ki, proqrama fərdi “Premium Müştəri Dəstək Xətti”, Azercell Eksklüziv ofislərində "Sürətli keçid" xidməti, Mobil Müştəri Xidmətindən ödənişsiz istifadə, Telefon Mərkəzinin xidmətlərindən növbədənkənar və ödənişsiz yararlanmaq imkanı, ad günü hədiyyələri, eləcə də digər imtiyazlar daxildir.

Proqrama aşağıda göstərilən yeniliklər əlavə edilir:

Kinon Premium”dan istifadə imkanı: Premium tarifinin istifadəçilərinə xüsusi təklif şəklində 6 ay ərzində “Kinon Premium” xidmətindən yararlanmaq imkanı verilir. Bu xüsusi təklifi aktivləşdirmək üçün Premium abunəçiləri telefonun ekranında *805#YES yığa bilərlər. Təklifin müddəti bitdikdən sonra isə aylıq ödəniş cari tariflər üzrə hesablanacaq və 9 AZN təşkil edəcək.

Kinon 240-dan çox kanalın yüksək keyfiyyətli canlı yayımını, eləcə də məşhur film studiyalarının yeni film və seriallarını bir tətbiqdə birləşdirir. Xidmətdən eyni anda müxtəlif cihazlarda, ən əsası isə bir abunəlik çərçivəsində 5 fərqli hesab yaradaraq yararlanmaq mümkündür.

“Kinon”dan Android və iOS əməliyyat sistemlərini dəstəkləyən bütün smartfonlarda, Android TVSamsung Smart TV-lərdə, planşetlərdə və digər cihazlarda istifadə etmək olar. Tezliklə xidmət LG Smart TV-lər üçün də əlçatan olacaq. Tətbiqi “Google Play” və “AppStore”dan yükləmək mümkündür.

Azercell tətbiqində eksklüziv “Premium qızıl” dizayn: İyul ayının 31-dən etibarən Premium abunəçilərinin istifadəsinə xüsusi “Premium qızıl” rəngli interfeys təqdim edilib. Bu interfeys istifadəçilərə həmçinin “Premium+” loyallıq proqramının bütün üstünlükləri haqqında rahatlıqla məlumat əldə etmək və onlardan yararlanmaq imkanı verir.

Yeni dizaynın təqdim etdiyi eksklüziv xüsusiyyətlər gözəl vizual görünüş yaratması ilə yanaşı, müştəri-yönümlüdür və tətbiqdən istifadə təcrübəsini də təkmilləşdirir. Əsas səhifəyə əlavə olunan xüsusi “Premium” vidjet isə “Premium+” səhifəsinə keçidi asanlaşdırır. Premium tarifinin abunəçiləri üçün eksklüziv təqdim edilən ödənişsiz xidmətlər haqqında məlumatlar məhz burada öz əksini tapır.

Premium tarif paketləri və “Premium+” loyallıq proqramı haqqında ətraflı məlumat üçün https://bit.ly/azercell_premium səhifəsinə keçid etməyiniz xahiş edilir.

ДРУГИЕ НОВОСТИ

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
  2. "Haber Global" Bakıda təşkil olunan forumdan reportaj hazırladı: "Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları artıb"
  3. Bayrama görə pul kimə, necə veriləcək? - Dəqiq izah
  4. Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
  5. Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
  6. Siqaretin qiymətində kəskin artım: Nə baş verir?
  7. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
  8. MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO
  9. Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
  10. Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Галерея
Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq" width="290" alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib width="290" alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir width="290" alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib width="290" alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik" width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib