Elektron Təhlükəsizlik Xidməti “Facebook” hesabları ilə bağlı xəbərdarlıq edib
Son zamanlar kiberdələduzlar tərəfindən “Facebook” sosial şəbəkəsində müxtəlif adlarda saxta dələduzluq səhifələri yaradılır.
Bu barədə "Sizinxeber.az"a Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.
Dələduzlar, səhifələrində bir çox şirkətlərin “Facebook” səhifələrini qeyd edərək, onların silinəcəyinə dair həqiqəti əks etdirməyən məlumatlar paylaşırlar. Belə ki, paylaşımlarda “Facebook”a daxil olmaq üçün saxta keçidlər vasitəsilə istifadəçilərin giriş məlumatları tələb edilir. Məlumatlar daxil edildikdən sonra “Facebook” hesabının dələduzlar tərəfindən ələ keçirilməsi halı müşahidə olunur.
Elektron Təhlükəsizlik Xidməti qurumlardan bu kimi hallara qarşı diqqətli olmağı, həmçinin tanımadıqları mənbədən gələn keçidlərə daxil olmamağı tövsiyə edir.
Oxşar xəbərlər
ETX: Dövlət Vergi Xidmətinin saxta portalı yaradılıb
“Meta”dan “Instagram” və “Facebook”da reklamlardan bezənlər üçün təklif
Bayramovun çıxışı zamanı Mirzoyan zalı tərk etdi
Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət qaydalarında dəyişiklik edilib
İlham Əliyev Fərman imzaladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

















