Azərbaycan “Binance”la milli iqtisadiyyatda blokçeynin tətbiqini müzakirə edib
Azərbaycan “Binance” şirkəti ilə milli iqtisadiyyatda blokçeyn texnologiyalarının tətbiqi və birgə tədbirlərin təşkili məsələlərini müzakirə edib.
“Report” İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinə (4SİM) istinadən xəbər verir ki, müzakirələr 4SİM-in icraçı direktoru Fariz Cəfərovun “Binance”ın Baş Marketinq Direktoru Reyçel Konlanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə baş tutub.
Tərəflər həmçinin universitetlər, təhsil müəssisələri və ekosistemin iştrakçıları ilə koordinasiya məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində 4SİM-in fəaliyyəti və həyata keçirdiyi layihələr barədə də məlumat verilib.
Oxşar xəbərlər
Azərbaycanda əşyaların çatdırılmasında dronlardan istifadə oluna bilər
4SİM auditor seçir
4SİM gələn il 200 min nəfərin təhsilinə dəstək verməyi planlaşdırır
4SİM: Kriptovalyuta biznesindən gəlir əldə edənlər üçün yeni vergi qaydaları hazırlanır
4SİM COP29-da süni intellektin enerji istehlakında tətbiqinin nəticələri, faydaları və uğurlarını göstərəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













