Daha 60 nəfər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən məzun olub
- 31-07-2024, 16:50
- İKT
- 0
- 1 553
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin sayca üçüncü “Məzun Günü” baş tutub.
"APA-Economics" xəbər verir ki, tədbirdə İsrailin Azərbaycandakı səfiri Corc Dik, bir sıra özəl və dövlət qurumunun nümayəndələri və yeni tədris dalğasının tələbələri də iştirak edib.
Məzun günündə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov açılış nitqi ilə çıxış edib. Daha sonra İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva, “Technion” Texnologiya İnstitununun rəhbərliyi öz çıxışlarında məzunları təbrik edərək mərkəzin ölkənin kibertəhlükəsizlik mühitinə faydalarına diqqəti çəkiblər.
Qeyd edək ki, məzun olan 60 tələbə ötən ilin noyabr ayında 2000-dən çox müraciətçi arasından bütün mərhələləri uğurla başa vuraraq AKM-də təhsil haqqı qazanıb. Tələbələrin ən gəncinin 17, ən böyüyün isə 40-dan çox yaşı var. Tələbələr tədris müddətində beynəlxalq mütəxəssislər tərəfindən müdafiə (Blue Team) və hücum (Red Team) qruplarında müvafiq istiqamətlər üzrə təlim keçərək kibertəhlükəsizlik sahəsində ən qabaqcıl strategiyalar, texnologiyalar və yeniliklər barəsində praktiki biliklərə yiyələniblər.
Məzun günündə təlim iştirakçıları kibertəhlükəsizlik isitqamətində öz layihə və ideyalarını təqdim ediblər. Daha sonra yüksək nəticə əldə etmiş məzunların mükafatlandırılması baş tutub. Sonda məzun olan 60 tələbəyə tədbirə dəvət edilmiş rəsmi qonaqlar tərəfindən məzun sertifikatları təqdim edilib.
Xatırladaq ki, indiyə qədər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən 120 tələbə məzun olub. Məzunların 72%-i özəl və dövlət sektorlarında işlə təmin olunublar.


width="220" alt="Rəqəmsal nəqliyyat loqistika informasiya sisteminin konseptual layihəsi hazırlanıb" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />