sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
İlon Mask: "Daha bir insana beyin çipi qoyulub"
İlon Mask ikinci insana Neuralink beyin implantı yerləşdirildiyini açıqlayıb.
Sizinxeber.az xəbər verir ki, X-ın sahibi yutuber Lex Friedmana verdiyi müsahibədə " İkinci implantla hər şey çox yaxşı gedir, o, çox yaxşı işləyir" deyib.
Qeyd edək ki, “Neuralink” startapı 2016-cı ilin iyulunda Mask tərəfindən yaradılıb və insan beyninə implantasiya edilə bilən çiplər hazırlayıb. O, hesab edir ki, bu cür neyron interfeyslər insana süni intellektə müqavimət göstərə bilən kiborqa çevrilməyə imkan verəcək, həm də insanlara düşüncə gücündən istifadə edərək kompüteri birbaşa idarə etməyi öyrənməyə kömək edəcək.
Yanvarın 28-də ilk dəfə Neuralink insan beyninə yerləşdirilib.
Sizinxeber.az
Oxşar xəbərlər
İlon Mask tərəfindən mikroçip qoyulmuş adam danışıb
2025-ci ilə qədər uçan Tesla istehsal olunacaq
Kənan İşık öldü
Cəlilabadda altı yaşlı uşağı avtomobil vurub
Alimlər ilk dəfə insana mexaniki ürək köçürdülər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













