Hərbi prokuror Müdafiə Nazirliyində tədbir keçirib
Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin rəhbər vəzifəli şəxsləri ilə birlikdə nazirliyin Raket və Artilleriya Qoşunları Baş İdarəsinin N saylı hərbi hissəsində "Ulu Öndər irsi – dövlətçilik və ordu quruculuğunun təməli" mözvzusunda tədbir keçirib.
Bu barədə "Sizinxeber.az"a Hərbi Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, tədbirdə Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müasir ordu quruculuğunun təməli qoyulub, Azərbaycanın müdafiə qabiliyyəti əhəmiyyətli dərəcədə gücləndirilib, nizami ordu formalaşdırılaraq Silahlı Qüvvələrin inkişafı üçün misilsiz xidmətlər göstərilib. Bu böyük şəxsiyyətin bizə miras qoyduğu dövlətçilik dəyərlərini yaşatmaq hər birimizin mənəvi borcudur.
Daha sonra Müdafiə Nazirliyinin Raket və Artilleriya Qoşunları Baş İdarəsinin rəisi – Raket və Artilleriya Qoşunları komandanı, general-leytenant Ağamir Sultanov tərəfindən artilleriyaçıların hazırlanması və peşəkarlığının artırılmasının ordu üçün ciddi strateji əhəmiyyət daşıması qeyd olunaraq, artilleriyaçıların 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatlarında qəhrəmanlıqları xatırlanıb, ölkə rəhbərliyinin diqqət və qayğısı ilə bu sahədə görülmüş işlər barədə geniş məlumat verilib və artilleriyaçıların Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən qarşılarına qoyulacaq bütün əmr və tapşırıqları vaxtında yerinə yetirməyə qadir olmaları bildirilib.
Hərbi prokuror görüş zamanı hərbi qulluqçuların məişət şəraiti ilə tanış olub, artilleriyaçılara nizam-intizamın artırılması ilə bağlı zəruri tövsiyə və tapşırıqlarını verib.
Tədbirin sonunda xidmətdə fərqlənən artilleriyaçılara hədiyyələr təqdim olunub və xidməti fəaliyyətdə uğurlar arzulanıb.
Oxşar xəbərlər
Bəhruz Əhmədov hərbi qulluqçularla görüşüb
Raket və Artilleriya Qoşunları bölmələri ilə döyüş hazırlığı məşğələsi keçirilib
Hərbi prokuror bayram günləri sərhədlərdə olub
İsrail ordu üçün raket katerləri və yolsuz avtomobillərinin alınmasını təsdiqləyib
Hərbi prokuror hərbi qulluqçularla görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
