×
×
×
×

Bakıda 7 şagirdin zəhərləndiyi məktəbdə bufetin fəaliyyəti dayandırılıb, direktor cəzalandırılıb

Bakıda 7 şagirdin zəhərləndiyi məktəbdə bufetin fəaliyyəti dayandırılıb, direktor cəzalandırılıb.

Bu barədə "Sizinxeber.az"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, aprelin 24-də AQTA "1003 – Çağrı Mərkəzi"nə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 121 nömrəli orta məktəbdə qida zəhərlənməsi ilə bağlı məlumat daxil olub.

Müraciət əsasında Agentliyin əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb.

Məktəbin bufetində və təchizatçı müəssisədə yoxlamalar aparılaraq qida nümunələri laborator müayinələrə cəlb edilib. İlkin məlumata görə, bufetdən alınan qoğalı istehlak edən 7 şagirddə qida zəhərlənməsi əlamətləri müşahidə olunub. 5 nömrəli Yoluxucu Uşaq Xəstəlikləri Xəstəxanasına yerləşdirilən şagirdlərə "dəqiqləşdirilməmiş bakterial mənşəli qida zəhərlənməsi" diaqnozu qoyulub və onlara zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Yoxlama aparılarkən məktəbin bufetinin müvafiq qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, istifadə edilən məhsulların mənşəyini təsdiq edən sənədlərin mövcud olmadığı, eləcə də saxlanma şəraitinin sanitar-gigiyenik tələblərə cavab vermədiyi müəyyən edilib.

Eyni zamanda, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən "Ləzzət" unlu -qənnadı məmulatlarının istehsalı müəssisəsində plandankənar yoxlama aparılıb. Baxış zamanı müəssisədə ciddi sanitar-gigiyena normalarının pozulduğu aşkarlanıb.

Götürülmüş qida və yaxma nümunələrinin laborator müayinəsi nəticəsində uyğunsuzluq (e.coli, enterobakteriya və stafilokok) aşkarlanıb.

Müəyyən edilən nöqsanlar əsasında məktəbin bufetinin və təchizatçı müəssisənin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Məktəbin direktoru və sahibkarlar barəsində inzibati tədbirlər görülərək müvafiq protokollar tərtib edilib. Faktla bağlı toplanmış materiallar müvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.

SON XƏBƏRLƏR

Prezidentdən Rəşad Aslanovla bağlı İKİ SƏRƏNCAM

Astanada ilk aerotaksi nümayiş olundu – Video

Almaniya Kloppla neçə illik müqavilə imzalayıb?

Speys TV-nin bank hesablarına həbs qoyuldu

Oğurlanan İran sərhədçisi öldürüldü

Məşhur müğənni yenidən Bakıda - Bu gün konsertidir

ABŞ İranın Xəzər sahilinə zərbələr endirdi – Təcili

Rusiya Kiyevi ballistik raketlərlə vurdu

AAYDA-ya məxsus şirkət ləğv olundu

Nazir bu teatra direktor təyin etdi

Prezident 4 fərman imzaladı

MOİK "Qarabağ"la cavab matçının biletlərini satışa çıxardı

Prezident təsdiqlədi: 20 manatlıq dövlət rüsumu ləğv edildi

Azərbaycanın Türkiyədəki səfiri vəzifəsindən azad edildi

Elxan Səmədov yenidən PFL-in prezidenti seçildi

İran ABŞ-nin Bəhreyn və İordaniyadakı bazalarına zərbələr endirdi

İran ABŞ-nin Xürrəmabada zərbələri barədə məlumatı təkzib edib

KİV: İran ABŞ-nin atəşkəsə dair yeni təklifini rədd edib

Bankdan 200 minlə çıxan şəxsi soydular - Anbaan video

Lavrovla səmimi danışıqlar apardıq - Rubio

BÜTÜN XƏBƏRLƏR