×
×
×
×

Naxçıvanda 290 uşaq peyvəndə cəlb edilərək immunlaşdırılıb

Naxçıvan Muxtar Respublikasında ənənəvi olaraq qeyd olunan "İmmunlaşdırma həftəsi" bu il də uğurla yekunlaşıb.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən həftə çərçivəsində muxtar respublikanın bütün şəhər və rayonlarını əhatə edən tədbirlər təşkil olunub.

Bu müddətdə peyvənddən müxtəlif səbəblərlə kənarda qalan uşaqların müəyyənləşdirilməsi və immunizasiyaya cəlb olunması istiqamətində məqsədyönlü işlər görülüb, prosesə nəzarət məqsədilə monitorinqlər aparılıb.

Görülən tədbirlər nəticəsində ümumilikdə 290 uşaq peyvəndə cəlb edilərək immunlaşdırılıb.

Qeyd edək ki, "İmmunlaşdırma həftəsi" peyvəndləmənin vacibliyinə ictimai diqqətin artırılmasına xidmət edir. İmmunizasiya hər il milyonlarla insanı difteriya, tetanus, göyöskürək, qızılca, parotit və məxmərək kimi təhlükəli infeksiyalardan qoruyaraq, xəstəlik, əlillik və vaxtsız ölüm hallarının qarşısının alınmasında mühüm rol oynayır.

SON XƏBƏRLƏR

Prezidentdən Rəşad Aslanovla bağlı İKİ SƏRƏNCAM

Astanada ilk aerotaksi nümayiş olundu – Video

Almaniya Kloppla neçə illik müqavilə imzalayıb?

Speys TV-nin bank hesablarına həbs qoyuldu

Oğurlanan İran sərhədçisi öldürüldü

Məşhur müğənni yenidən Bakıda - Bu gün konsertidir

ABŞ İranın Xəzər sahilinə zərbələr endirdi – Təcili

Rusiya Kiyevi ballistik raketlərlə vurdu

AAYDA-ya məxsus şirkət ləğv olundu

Nazir bu teatra direktor təyin etdi

Prezident 4 fərman imzaladı

MOİK "Qarabağ"la cavab matçının biletlərini satışa çıxardı

Prezident təsdiqlədi: 20 manatlıq dövlət rüsumu ləğv edildi

Azərbaycanın Türkiyədəki səfiri vəzifəsindən azad edildi

Elxan Səmədov yenidən PFL-in prezidenti seçildi

İran ABŞ-nin Bəhreyn və İordaniyadakı bazalarına zərbələr endirdi

İran ABŞ-nin Xürrəmabada zərbələri barədə məlumatı təkzib edib

KİV: İran ABŞ-nin atəşkəsə dair yeni təklifini rədd edib

Bankdan 200 minlə çıxan şəxsi soydular - Anbaan video

Lavrovla səmimi danışıqlar apardıq - Rubio

BÜTÜN XƏBƏRLƏR