×
×
×
×

Azərbaycanda beyin ölümü keçirmiş 13 meyid donordan 73 orqan və toxuma transplantasiya edilib

Bu günə qədər (2025-ci il fevral ayından) beyin ölümü keçirmiş 13 meyit donordan 73 orqan və toxuma transplantasiya edilib.

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova "Sağlam radio"nun (93 FM) "Sağlam səhər" efirində deyib.

Y.Abbasova qeyd edib ki, onlardan 23-ü böyrək, 13-ü qaraciyər, 2-si ürək, 30-u isə gözün buynuz qişasıdır:

"Ümumilikdə beyin ölümü protokolu tərtib olunduqdan bu günə qədər 72 nəfərə beyin ölümü diaqnozu qoyulub. Bunlardan 14 nəfər rəhmətə gedib, ikinci dəfə beyin ölümü təsdiqi üçün zaman çatmayıb. 27 nəfərin orqanları köçürülməyə uyğunsuz olub, 18 nəfərin yaxınları isə imtina edib".

Xatırladaq ki, 2025-ci il fevralın 24-də Azərbaycanda ilk dəfə meyit donordan alınan orqan köçürülməsi həyata keçirilib. 2025-ci il oktyabrın 31-də isə Qafqaz regionunda ilk dəfə olaraq Azərbaycanda meyit donorun ürəyi transplantasiya edilib.

SON XƏBƏRLƏR

Prezidentdən Rəşad Aslanovla bağlı İKİ SƏRƏNCAM

Astanada ilk aerotaksi nümayiş olundu – Video

Almaniya Kloppla neçə illik müqavilə imzalayıb?

Speys TV-nin bank hesablarına həbs qoyuldu

Oğurlanan İran sərhədçisi öldürüldü

Məşhur müğənni yenidən Bakıda - Bu gün konsertidir

ABŞ İranın Xəzər sahilinə zərbələr endirdi – Təcili

Rusiya Kiyevi ballistik raketlərlə vurdu

AAYDA-ya məxsus şirkət ləğv olundu

Nazir bu teatra direktor təyin etdi

Prezident 4 fərman imzaladı

MOİK "Qarabağ"la cavab matçının biletlərini satışa çıxardı

Prezident təsdiqlədi: 20 manatlıq dövlət rüsumu ləğv edildi

Azərbaycanın Türkiyədəki səfiri vəzifəsindən azad edildi

Elxan Səmədov yenidən PFL-in prezidenti seçildi

İran ABŞ-nin Bəhreyn və İordaniyadakı bazalarına zərbələr endirdi

İran ABŞ-nin Xürrəmabada zərbələri barədə məlumatı təkzib edib

KİV: İran ABŞ-nin atəşkəsə dair yeni təklifini rədd edib

Bankdan 200 minlə çıxan şəxsi soydular - Anbaan video

Lavrovla səmimi danışıqlar apardıq - Rubio

BÜTÜN XƏBƏRLƏR