×
×
×
×

Sumqayıtda Göz Mərkəzinin açılışı olub

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli Şəhər Xəstəxanasında yaradılmış yeni Göz Mərkəzinin açılışı baş tutub.

TƏBİB-dən "Sizinxeber.az"a verilən məlumata görə, Mərkəzdə yaradılmış şərait barədə məlumat verən Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov bildirib ki, yeni Göz Mərkəzi Sumqayıt şəhəri ilə yanaşı, Abşeron - Xızı regionu üzrə əhaliyə geniş spektrdə oftalmoloji xidmətlər təqdim edəcək.

Qeyd olunub ki, Mərkəz dünyanın aparıcı istehsalçılarının müasir tibbi avadanlıqları ilə, o cümlədən OCT Angio, optik biometriya sistemləri və yüksək dəqiqlikli diaqnostika avadanlıqları ilə təchiz olunub. Burada quraşdırılan angioqrafiya sistemi retina damar patologiyalarının erkən aşkarlanması və dəqiq qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir və bir çox hallarda görmənin qorunmasında həlledici rol oynayır.

Bununla yanaşı, Mərkəzdə yüksək dəqiqlikli fakoemulsifikasiya cərrahiyyə sistemləri və müasir əməliyyat mikroskopları quraşdırılıb. Burada oftalmoloji xəstəliklərin müasir standartlara uyğun diaqnostikası, müalicəsi və yüksək texnologiya tələb edən mürəkkəb cərrahi prosedurların icrası mümkün olacaq.

Mərkəzdə tor qişa xəstəlikləri, katarakta, qlaukoma, diabetik retinopatiya, makula patologiyaları və refraktiv qüsurlar üzrə geniş çeşiddə xidmətlərin göstərilməsi nəzərdə tutulur. Bundan başqa, burada xaricdə təhsil almış və beynəlxalq təcrübəyə malik peşəkar həkimlər fəaliyyət göstərəcək. Tibb müəssisəsində 12-si həkim olmaqla, ümumilikdə 35 nəfər tibb və qeyri-tibb işçisi vətəndaşlara müasir tibbi yanaşmalar əsasında ambulator və stasionar xidmətlər göstərəcək.

Qeyd edək ki, burada göstərilən tibbi xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara ödənişsiz əsaslarla təqdim olunur.

SON XƏBƏRLƏR

Prezidentdən Rəşad Aslanovla bağlı İKİ SƏRƏNCAM

Astanada ilk aerotaksi nümayiş olundu – Video

Almaniya Kloppla neçə illik müqavilə imzalayıb?

Speys TV-nin bank hesablarına həbs qoyuldu

Oğurlanan İran sərhədçisi öldürüldü

Məşhur müğənni yenidən Bakıda - Bu gün konsertidir

ABŞ İranın Xəzər sahilinə zərbələr endirdi – Təcili

Rusiya Kiyevi ballistik raketlərlə vurdu

AAYDA-ya məxsus şirkət ləğv olundu

Nazir bu teatra direktor təyin etdi

Prezident 4 fərman imzaladı

MOİK "Qarabağ"la cavab matçının biletlərini satışa çıxardı

Prezident təsdiqlədi: 20 manatlıq dövlət rüsumu ləğv edildi

Azərbaycanın Türkiyədəki səfiri vəzifəsindən azad edildi

Elxan Səmədov yenidən PFL-in prezidenti seçildi

İran ABŞ-nin Bəhreyn və İordaniyadakı bazalarına zərbələr endirdi

İran ABŞ-nin Xürrəmabada zərbələri barədə məlumatı təkzib edib

KİV: İran ABŞ-nin atəşkəsə dair yeni təklifini rədd edib

Bankdan 200 minlə çıxan şəxsi soydular - Anbaan video

Lavrovla səmimi danışıqlar apardıq - Rubio

BÜTÜN XƏBƏRLƏR