Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
sizinxeber.az xəbər saytı

Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI


Bakıda və Abşeron yarımadasında hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin 3-dən 4-nə keçən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Sizinxeber.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, axşam yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz zəifləyəcək.

Havanın temperaturu gecə 12-15° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 19-24° isti, dağlarda gecə 3-7° isti, gündüz 7-12° isti olacaq.

Oxşar xəbərlər

Sabah Azərbaycanda 24 dərəcə isti olacaq
Azərbaycanda leysan yağacaq - PROQNOZ
Sabah hava yağmurlu olacaq, dağlıq ərazilərə qar yağacaq - PROQNOZ
Azərbaycanın bəzi rayonlarında leysan yağacaq, şimşək çaxacaq dolu düşəcək - PROQNOZ
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər