Sabah bəzi yerlərdə 23 dərəcə isti olacaq
sizinxeber.az xəbər saytı

Sabah bəzi yerlərdə 23 dərəcə isti olacaq


Martın 12-də gözlənilən hava şəraiti açıqlanıb.

Bakıda və Abşeron yarımadasında hava şəraiti

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8° isti, gündüz 18-23° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti olacaq.

Oxşar xəbərlər

Sabah bəzi ərazilərdə 22 dərəcə isti olacaq
Sabah Azərbaycanda 14 dərəcə isti olacaq
Sabah Bakıda 26, rayonlarda 30 dərəcə isti olacaq
Azərbaycanda sabah 20 dərəcə isti olacaq
Sabah hava əsasən yağmursuz keçəcək, arabir duman olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər