Yağıntılar səhər saatlarından kəsilib - FAKTİKİ HAVA
sizinxeber.az xəbər saytı

Yağıntılar səhər saatlarından kəsilib - FAKTİKİ HAVA


Ölkə ərazisində şaxtalı hava şəraiti müşahidə olunur

Milli Hidrometeorologiya Xidmətinin martın 2-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində şaxtalı hava şəraiti müşahidə olunur.

Xidmətdən APA-ya verilən xəbərə görə, yağıntılar səhər saatlarından kəsilib.

Zaqatala, Qax və digər bölgələrdə qarın hündürlüyü

Yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 105, Qaxda (Sarıbaş) 68, Şəki və Qəbələdə 45, Lerikdə 43, Altıağacda 34, Qubada 29, Oğuzda 25, Xaltan və İsmayıllıda 22, Şahdağda 17, Astara və Şahbuzda 15, Ağsu və Daşkəsəndə 14, Balakən və Lənkəranda 12, Xınalıq və Qobustanda 11, Gədəbəydə 8, Kəlbəcər, Laçın və Qubadlıda 7, Şuşa və Qusarda 6, Yardımlıda 5, Göyçayda 4, Xankəndi, Şabran və Tərtərdə 3, Xocalıda 2, Sədərəkdə 1 sm-dir.

Dumanlı hava şəraiti bir sıra bölgələrdə görünüş məsafəsini məhdudlaşdırıb

Göygöl, Balakən, Şəki, İmişli, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 1000 m-dək məhdudlaşıb.

Azərbaycanın dağlıq rayonlarında 21 dərəcəyədək şaxta olub

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda Aran rayonlarında 6, Naxçıvan MR-da 8, dağlıq rayonlarda isə 21 dərəcəyədək şaxta qeydə alınıb.

Oxşar xəbərlər

Qarlı və şaxtalı hava şəraiti davam edir - FAKTİKİ HAVA
Faktiki hava
Qarlı və şaxtalı hava şəraiti davam edir
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, leysan və qar yağıb - FAKTİKİ HAVA
Yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər