Dağlıq ərazilərdə 17 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA
sizinxeber.az xəbər saytı

Dağlıq ərazilərdə 17 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA



Fevralın 10-u saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, fevralın 10-u saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin günün birinci yarısında bəzi yerlərdə arabir yağıntılı olub.

Belə ki, düşən yağıntının miqdarı Şuşa, Kəlbəcər, Xocalı, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Tovuz, Ağstafa, Şəki, Lənkəran, Astara, Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.

Dağlıq ərazilərə yağan qarın hündürlüyü tədricən əriyərək Lerikdə 64, Qrızda 19, Yardımlıda 14, Xaltanda 5, Xaltan, Qusarda (Laza) 4, Altıağacda 3, Xınalıq, Gədəbəydə 2 sm -dir.

Daşkəsən, Şəmkir, Şəki, Şamaxı, Lerik, Göygöl, Qaxda duman müşahidə olunur.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 7, Naxçıvan MR-da və dağlıq rayonlarda 10, yüksək dağlıq ərazilərdə isə 17 dərəcəyədək şaxta qeydə alınıb.

Oxşar xəbərlər

Faktiki hava
Dağlıq rayonlarda qar yağıb, 15 dərəcə şaxta olub - FAKTİKİ HAVA
Dağlıq rayonlarda qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
Dağlıq rayonlarda 9 dərəcəyədək şaxta olub - Faktiki hava

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər