Dağlıq rayonlarda 13 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA
sizinxeber.az xəbər saytı

Dağlıq rayonlarda 13 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA


Yanvarın 27-si saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, ölkə ərazisinin bəzi yerlərində hava şəraiti arabir yağıntılı keçib.

Lənkəran-Astara bölgəsində yağıntılar intensiv olub, Yardımlıya qar yağıb.

Belə ki, düşən yağıntının miqdarı Astarada 19, Lənkəranda 13, Lerikdə 7, Gəncə, Naftalan, Şabran, Tərtər, Bərdə, Yevlax, Mingəçevir, İmişli, Biləsuvarda 5 mm, Bakıda və Abşeron yarımadasında isə 1 mm olub.

Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Quba, Qusar, Tərtər, Yevlax, Göyçay, Lerik, Sumqayıt, Maştağada duman müşahidə olunub. Dumanda görünüş 200-700 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 6 dərəcəyədək isti, Naxçıvan MR 8, dağlıq rayonlarda 13 dərəcəyədək şaxta qeydə alınıb.

Oxşar xəbərlər

Naxçıvan və dağlıq rayonlarda 7 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA
Dağlıq ərazilərə qar yağıb, Bakı və Abşeronda külək güclənib - FAKTİKİ HAVA
Şimal və şərq rayonlarında hava yağıntılı olub - FAKTİKİ HAVA
Dağlıq rayonlarda 9 dərəcəyədək şaxta olub - Faktiki hava
Lənkəran-Astara zonasında yağış yağıb - FAKTİKİ HAVA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər