Bakıda və Abşeron yarımadasında külək güclənib - FAKTİKİ HAVA - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Bakıda və Abşeron yarımadasında külək güclənib - FAKTİKİ HAVA - YENİLƏNİB


Milli Hidrometeorologiya Xidmətinin yanvarın 5-i saat 17:30-a olan məlumatına əsasən bəzi yerlərdə şimal-qərb küləyi arabir güclənib.

Xidmətdən Sizinxeber.az-ya verilən xəbərə görə, küləyin sürəti narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında 23 m/s, sarı xəbərdarlığa uyğun olaraq Neftçalada 20 m/s, Şirvanda 16 m/s-dir.
Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.5 metrə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında 16, Naxçıvan MR-da və dağlıq rayonlarda 8 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək şaxta qeydə alınıb.

***

saat 12.32

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 5-i saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Xidmətdən Sizinxeber.az-ya verilən xəbərə görə, Binə, Çilov adası, Hacıqabul, Neftçalada duman müşahidə olunub.

Narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi arabir Daşkəsəndə 23 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Oğuzda 20 m/s, Naftalan, Qobustan, Lerikdə 18 m/s, Şəkidə 15 m/s-dək güclənib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 9 dərəcəyədək isti, Naxçıvan MR-da 10, dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.

Oxşar xəbərlər

Neft Daşlarında dalğanın hündürlüyü 3.6 metrə çatıb - FAKTİKİ HAVA
Dənizdə dalğanın hündürlüyü 4 metrə çatıb - FAKTİKİ HAVA
Dənizdə dalğanın hündürlüyü 2,5 metrə çatıb - FAKTİKİ HAVA
Güclü külək əsib - FAKTİKİ HAVA
Arabir yağış yağıb, dənizdə dalğanın hündürlüyü 3.2 metrə çatıb - FAKTİKİ HAVA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər