Gecə və səhər yollar buz bağlayacaq - XƏBƏRDARLIQ - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Gecə və səhər yollar buz bağlayacaq - XƏBƏRDARLIQ - YENİLƏNİB


Bəzi yolların buz bağlayacağı ehtimalı var.

Sizinxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir.

Qeyd olunub ki, dekabrın 15-də havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, 15-16-da isə mərkəzi Aran rayonlarında 6 dərəcəyədək, dağlarda 8-13 dərəcə, dağlıq rayonlarda 18-23 dərəcə şaxta olacağı gözlənilir.

"Bu səbəbdən bəzi yolların buz bağlayacağı ehtimalı var. Tövsiyə edirik ki, gözlənilən hava şəraitini nəzərə alın və yollarda ehtiyatlı olun", Xidmətdən bildirilib.

***

13.45

Bakıda və Abşeron yarımadasında dekabrın 14-dən 15-nə keçən gecə bəzi şəhərətrafı və nisbətən yüksək ərazilərdə, eyni zamanda ölkənin əksər dağlıq və dağətəyi rayonlarında gecə və səhər yolların buz bağlama ehtimalı var.

Sizinxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında bildirilib.

"Hava şəraiti ilə bağlı sürücülərin hava durumunu nəzərə almaları və ehtiyatlı olmaları tövsiyə edilir", məlumatda deyilir.

Oxşar xəbərlər

Gecə və səhər yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Bu gecə yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Bazar gününün hava proqnozu açıqlanıb
Bakıda 8, bölgələrdə 11 dərəcə isti olacaq - PROQNOZ
Yağış, şaxta, külək… - Sabahın hava proqnozu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər