Arabir yağış yağacaq, dağlarda 11 dərəcə şaxta olacaq  - PROQNOZ
sizinxeber.az xəbər saytı

Arabir yağış yağacaq, dağlarda 11 dərəcə şaxta olacaq - PROQNOZ


Dekabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında tutqun hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gündüz yağıntıda qısa müddətə fasilə olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 775 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi gündüz bəzi şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Oxşar xəbərlər

Bəzi yerlərdə duman olacaq, arabir yağış yağacaq - PROQNOZ
Sabah külək əsəcək, arabir duman olacaq - PROQNOZ
Sabah 33 dərəcə isti olacaq
Sabah hava yağmursuz keçəcək, 36 dərəcə isti olacaq - PROQNOZ
Bəzi yerlərdə arabir yağış yağacaq - SABAHIN HAVASI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər