Sabah dağlıq ərazilərə qar yağacaq   - PROQNOZ
sizinxeber.az xəbər saytı

Sabah dağlıq ərazilərə qar yağacaq - PROQNOZ


Oktyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən APA- ya verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət gecə və gündüz 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-7° isti, gündüz 9-14° isti olacaq.

Oxşar xəbərlər

Sabahın hava şəraiti
Azərbaycanda yağış yağacaq, külək əsəcək - PROQNOZ
Sabah Bakıda yağış yağacaq, bölgələrdə dolu düşəcək
Sabah dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - PROQNOZ
Sabah leysan yağacaq, dolu düşəcək - PROQNOZ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər