Sabah Bakıda külək əsəcək, dağlıq ərazilərdə yağış yağacaq
sizinxeber.az xəbər saytı

Sabah Bakıda külək əsəcək, dağlıq ərazilərdə yağış yağacaq


Sentyabrın 9-da gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-22° isti, gündüz 27-31° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.

Sentyabrın 9-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19° isti, gündüz 28-32° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti olacaq.

Oxşar xəbərlər

Sabah 39 dərəcə isti olacaq - PROQNOZ
Sabah 33 dərəcə isti olacaq
Sabah bəzi yerlərdə yağış yağacaq - PROQNOZ
Sabah paytaxtda 35, bölgələrdə 36 dərəcə isti olacaq
Sabah 38 dərəcə isti olacaq - PROQNOZ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər