Sabah Bakıda hava küləkli olacaq, dağlıq ərazilərdə yağış yağacaq
Avqustun 5-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq.
Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq.
Avqustun 5-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.
Oxşar xəbərlər
Sabah bəzi yerlərdə yağış yağacaq - PROQNOZ
Sabah paytaxtda hava yağmursuz olacaq, bölgələrdə qısamüddətli yağış yağacaq
Avqustun ilk günü paytaxtda 32, bölgələrdə 35 dərəcə isti olacaq
Bazar günü bəzi yerlərdə yağış yağacaq, dolu düşəcək
Sabah paytaxtda hava yağmursuz keçəcək, külək güclənəcək - PROQNOZ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













