Sarayda 31 yaşlı kişi avtomobilin partlaması nəticəsində yanıq xəsarətləri alıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Sarayda 31 yaşlı kişi avtomobilin partlaması nəticəsində yanıq xəsarətləri alıb - YENİLƏNİB


Saray qəsəbəsində 31 yaşlı kişi avtomobilin partlaması nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, mayın 7-si 11:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Saray qəsəbəsindən yanğın baş verməsi səbəbilə çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1995-ci il təvəllüdlü kişi üz nahiyəsinin termiki yanığı diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Vurğulanıb ki, üzün, boynun, hər iki saidin, əllərin arxa səthinin II-II dərəcəli yanığı diaqnozları təyin edilən pasiyentə Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib. Daha ixtisaslı xidmət üçün Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub. Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində zəruri tibbi yardım göstərilən şəxsin vəziyyəti stabil qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

Abşeron rayonunun Saray qəsəbəsində "Chevrolet Cobalt" markalı minik avtomobili partlayıb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, partlayış nəticəsində bir nəfər xəsarət alıb.

Oxşar xəbərlər

TƏBİB Nübar qəsəbəsində baş vermiş partlayışda yaralananların vəziyyətinə aydınlıq gətirib
Sumqayıtda və Novxanıdakı partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb
Sumqayıtda Reabilitasiya Mərkəzində baş verən yanğında bir nəfər xəsarət alıb
Abşeronda partlayışda xəsarət alanlar Nərimanov Tibb Mərkəzinə təxliyə ediliblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər