Zaqatalada canavar 47 yaşlı kişiyə ağır xəsarətlər yetirib
sizinxeber.az xəbər saytı

Zaqatalada canavar 47 yaşlı kişiyə ağır xəsarətlər yetirib


Zaqatalada kəndə hücum edən canavar 47 yaşlı kişiyə ağır xəsarətlər yetirib.

"Sizinxeber.az"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Car kəndinin inzibati ərazi vahidinə daxil olan Axaxdərə kəndində baş verib.

Belə ki, həmin kəndin sakini Aydın Qurbanov yaşadığı evin həyətyanı sahəsində canavarla qarşılaşıb. Bu zaman canavar ona hücum edərək çoxsaylı xəsarət yetirib. O, yaxınlarının köməkliyi ilə canavarın pəncəsindən xilas olub və Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirlib.

A.Qurbanova bədəninin müxtəlif nahiyələrinin açıq yarası xəsarətləri diaqnozu qoyulub, müalicəsi xəstəxanada davam etdirilir.

Oxşar xəbərlər

Şəkidə üç nəfərə canavar hücum edib
Oğuzda it kişiyə hücum edib, burnu amputasiya olunub
Qaxda canavarlar 5 baş qoyunu parçalayıb
Bərdədə canavar heyvandarlıq təsərrüfatına hücum edib
İmişlidə canavarlar kəndə hücum ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər