İsmayıllıda sel suları yolu dağıdıb, dörd kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib
sizinxeber.az xəbər saytı

İsmayıllıda sel suları yolu dağıdıb, dörd kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib


Son günlər yağan intensiv yağışların yaratdığı fəsadlar səbəbindən İsmayıllıda dörd kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

"Sizinxeber.az"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Girdiman çayında suyun səviyyəsinin kəskin artması nəticəsində Çəndəhar kəndinə gedən yeganə avtomobil yolu tamamilə dağılıb.

Çəndəharla yanaşı, rayonun Həftəsov, Zarat və Brovdal kəndləri ilə rayon mərkəzi arasında olan nəqliyyat əlaqəsi məhdudlaşıb. Hazırda aidiyyəti qurumların ağır texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub, yolun bərpası istiqamətində işlərə başlanılıb. İlkin mərhələdə çayın məcrasının dəyişdirilməsi və suyun digər istiqamətə yönəldilməsi nəzərdə tutulur.

Məsələ ilə əlaqədar İsmayıllı Rayon İcra Hakimiyyətinin kənd üzrə nümayəndəsi Tehran Manaflı "Sizinxeber.az"un yerli bürosuna bildirib ki, bir həftədən çox davam edən intensiv yağışlar nəticəsində Girdiman çayında suyun səviyyəsi artıb və bunun nəticəsində nümayəndəliyə daxil olan kəndlərin rayon mərkəzi ilə əlaqəsi kəsilib və hazırda ərazidə bərpa işləri davam etdirilir.

Oxşar xəbərlər

Kürün səviyyəsinin artması nəticəsində Sabirabadda iki kəndi birləşdirən ponton körpü su altında qalıb
Sabirabadda Kür çayı məcrasından çıxıb
Qubada qar və yağışla əlaqədar 7 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib
Kür çayında suyun səviyyəsi artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər