Bakıda yaşayış binasında yanğın olub, 7 nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB-4
Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 29 ünvanında yerləşən yaşayış binasında baş verən yanğın zamanı 7 nəfər zəhərlənib.
Bu barədə "Report"a Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, onlardan 5-i böyük, 2-si uşaqdır. Sözügedən şəxslər tüstüdən zəhərlənmə diaqnozu ilə Toksikologiya Mərkəzinə hospitalizasiya olunub.
Həmçinin, bildirilib ki, çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub.
Gülər Seymurqızı
Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
"Report"un hadisə yerində olan müxbiri xəbər verir ki, təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.
Fövqəladə Hallar Nazirliyi yanında Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Taleh Babayev deyib ki, yaşayış binasında baş verən yanğına FHN-in 5 texnikası, 20-dən çox şəxsi heyəti cəlb edilib.
O bildirib ki, qısa zamanda yanğının söndürülməsi işləri həyata keçirilib. Mənzillər tam mühafizə olunub, 13 bina sakini təxliyə edilib.
FHN rəsmisi qeyd edib ki, yanğın şaxtaboyu kabellərdə müşahidə olunub: "Hazırda xəsarət alan yoxdur. Yanğın tam söndürülüb".
Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın məhdudlaşdırılıb.
"Report"un hadisə yerində olan müxbiri xəbər verir ki, hazırda soyutma işləri gedir.
Eyni zamanda, binadan sakinlərin təxliyəsi davam edir.
Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğına görə sakinlər təxliyə edilir.
"Report"un hadisə yerində olan müxbiri xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvələri və texnikaları, polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb edilib.
Yanğında tüstüdən zəhərlənən şəxslərin olduğu bildirilir.
Hazırda yanğının söndürülməsi ilə bərabər təxliyə işləri aparılır.
Bakıda yaşayış binasında yanğın baş verib.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Bakıda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB-3
Sumqayıtda yaşayış binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB
Bakıda yaşayış binasında yanğın söndürülüb, 12 nəfər tüstüdən zəhərlənib - VİDEO - YENİLƏNİB-1
Yasamalda yaşayış binasında yanğın olub, 9 nəfər təxliyə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Buna görə milyonlarla insan işini itirə bilər - Putin
-
Pensiyaya çıxmaq istəyən qadınlara mühüm XƏBƏR: Nələr dəyişir?
-
"Arka sokaklar"ın bütün aktyorları "öldü"
-
Finlandiya Ukrayna üzrə danışıqlar masasında Avropaya yer verməyə çağırıb
-
"Fox News": FTB 8 milyard dollarlıq kriptovalyutanı müsadirə edib
-
Azərbaycan millisinin üzvü Mirmehdi Rzayev: "İtaliya ilə matçda mütləq qələbə qazanmalıyıq"
