Parkın işıqlarını vətəndaşın sayğacına qoşdular - VİDEO
Xırdalan sakininin başına iş gəlib.
Bu barədə məlumat Sizinxeber.az-in "qaynar xətti"nə daxil olub.
Şikayətçi iddia edir ki, Xırdalanda icra tərəfindən salınan parkın işıqlandırılması 27-ci məhəllə ev 1B mənzil 45 ünvanının sayğacına qoşulub.
Nəticədə də ev sahibi 5 ay ərzində işıqpuluna qat-qat artıq pul ödəməli olub:
"Mən adi vaxtlarda ay ərzində işığa 10 manat pul ödəyirdim, lakin son 5 aydır ki işıq kartımızda pul tez-tez bitirdi. Vəziyyətdən şübhələnsəm də ağlıma heç nə gəlmirdi. Demək olar hər ay 60-70 manat işıqpulu ödəyirdim. Nəhayət bu gün “Azərişıq”a müraciət etdikdən sonra sayğaca baxış keçirildi, məlum oldu ki, yaxınlıqdakı parkın işıqlandırması mənim mənzilimin sayğacına qoşulubmuş. Belə çıxır ki, 5 aydır parkın işıqpulunu mən ödəyirmişəm".
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə sorğu ünvanlamışıq. Məlumat veriləcəyi təqdirdə xəbər yenilənəcək.
Oxşar xəbərlər
Bakıda qaz sayğacını sındıran gənclərin axtarışına başlanılıb - VİDEO
Milli Parkın ərazisində qanunsuz ov edən saxlandı
Yellouston parkında güclü hidrotermal partlayış baş verib
Bakıda Xaqani bağının ətrafında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
Göyçayda icra başçısı haqqında iddialar səsləndirən şəxs cəzalandırıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













